Türkiyədə bazarın damı çöküb, yaralanan var

Türkiyənin Ağrı vilayətində meyvə-tərəvəz bazarının damı qarın ağırlığından çöküb. Türkiyə KİV-i xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, səhiyyə işçiləri və xilasedicilər cəlb edilib. Ağrı vilayətinin valisi Musa İşın hadisə nəticəsində hələlik ölüm faktı qeydə alınmadığını, ancaq bir nəfərin yaralı halda dağıtılar altından çıxarıldığını bildirib: "Hazırda dağıntılar altında daha iki nəfərin ola biləcəyi ehtimalı var. Ona görə də hadisə yerində xilasedicilər işləyirlər".Report

DİGƏR XƏBƏRLƏR

Top