"5 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz töhfəsini verib"

Ağdaş rayon H.Əliyev mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib. "Yeniavaz.com" xəbər verir ki, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin işçiləri, qarabağ müharibəsi əlilləri, veteranlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəisi Sadiq İsmayılov açıq elan edib. Qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib: "Ötən müddətdə Dövlət Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Xidmətin yaradılmasından ötən 5 il ərzində qarşıda duran vəzifələrin daha mütəşəkkil yerinə yetirilməsi və işin səviyyəsinin yüksəldilməsi məqsədilə bütün istiqamətlər üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib".

Diqqətə çatdırılıb ki, elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb. Qurumun fəaliyyəti nəticəsində artıq əsgərlik yaşı çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəyini asanlıqla öyrənə bilirlər.

Sonra Ağdaş rayon M. Şeyxzadə adına gimnaziyanın hərbi müəllimi Şahin Məmmədov çıxış edərək bildirib ki, gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə hazırlanır: “Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Bundan başqa 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir".

Xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırıldıqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işini əks etdirən videoçarx izlənib.

Pərviz Əliyev

DİGƏR XƏBƏRLƏR

Top