Azərbaycan əhalisinin 21 faizi NATO-nu müdafiə təşkilatı hesab edir

Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını özlər üçün müdafiə təşkilatı hesab edir. Bu barədə Amerikanın “Gallup” şirkətinin apardığı sorğunun nəticələri deməyə əsas verir. Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb. Sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib. Yalnız Rusiyada 2 min nəfər sorğulanıb. Rusların 67 faizi NATO-nu özləri üçün təhlükə hesab edir, yalnız 3 faizi ona müdafiə təşkilatı gözü ilə baxır. Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir. report

DİGƏR XƏBƏRLƏR

Top