“Reina” terrorçusu haqda qərar verildi

Yeni il gecəsi İstanbul şəhəri Ortaköy rayonunda yerləşən "Reina" klubunda 39 nəfəri qətlə yetirən Abdülkadir Maşaripovun istintaqı yekunlaşıb.

Özbək əsilli terrorçu ədliyyəyə sövq olunub.

İstintaqdan sonra dindirilməsi başa çatan Abdülkadir Maşaripov həbs edilib. Bu gün İstanbul Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən dindirilən Abdülkadir Maşaripov sonradan İstanbul Ədalət Məhkəməsinə təhvil verilib. Məhkəmə qarşısına çıxan terrorçu hakim tərəfindən mühakimə olunub. Məhkəmədə “Türkiyə qanunlarına qarşı çıxma”, “Terrorçularla iş birliyi”, “Terrorçulara dəstək”, “Açıq şəkildə terror törətmə”, “dolu silahdan istifadə etmə”, “çoxsaylı insan ölümünə səbəb olma” və digər maddələrlə günahlandırılıb.

Dindirilmə və məhkəmə zamanı Ədliyyə Məhkəməsinn ətrafı, dəhlizlər və bütünlükdə bina terrorla mübarizə polisləri və xüsusi təyinatlılar tərəfindən mühafizə olunub. Abdülkadir Maşaripovun məhkəməsi zamanı binada terrorla mübarizə polisləri və xüsusi təyinatlılardan başqa heç kim olmayıb. Digər ədliyyə içiləri və başqa məhbusları gətirən polislər də məhkəmə bitənə qədər kənarda gözləməli olublar.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.olke.az

DİGƏR XƏBƏRLƏR

Top