Tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl öz “facebook” hesabında “Böyüklərimiz haqqında yazdım. Əksəriyyətinə hörmət etmirəm” başlıqlı status paylaşıb. Bu yazı bir çox “facebook” istifadəçilərinin diqqətini çəkib.
Yazını təqdim edirik: Böyüklərimiz bizə nə verir? Son vaxtlar, xüsusilə də yeni yaşıma girən bu aralarda bir fikir mənə rahatlıq vermir. Görəsən uşaqlarımız bizə necə baxacaq? Bizimlə qürur duyacaqlar mı? Hələlik əlimizdə bir vətən var. Sizi bilmirəm, amma bəyənmirəm vətənizimin halını. Siz yoxsa bəyənirsiniz?
Klassik cümlədir, amma torpaqların 20%-i işğal altındadır. Gedək erməniləri qıraq demirəm, amma bir addım da olsa irəliləməliydik axı. Yaxşı, indi erməni öz başının ağası deyil, heç olmazsa biz, öz ölkəmizin ağası olaq deyə bilərsiniz. Lap əccəb eləyərsiniz bunu deməklə. İndi, özümüzə nə gəlib? Fransa kimi olmasa da, Moldova bənzəri bir ölkə qura bilərdik axı. Biz, Moldovadan daha varlı deyilik. Nefti, küçələri və aqlayla bəzədilmiş binaları gözümüzə soxmayaq. Siz bəlkə olmamısınız, mən Moldovada əvvəllər olmuşam. Bizim neft bumu yaşanan vaxtlar belə orada küçələr qaranlıq idi. Çox sinəmizə döydük, amma axırda bizim də küçələrimiz indi qaranlıqdır. Moldovada həmişə qaranlıq idi, bizdə axırda qaraldı. Yəni, Keçəl Həsən, Həsən keçəl məsələsi kimi. Fərqi azdır. İkincisində "keçəl" sözü kiçik hərflə yazılır sadəcə olaraq.
Azərbaycanlılar böyüklərinə hörmət hissləri ilə çox öyünürlər. Qafqazlıyıq, daha necə ola bilərdi? Axır vaxtlar oturub böyüklərimizə baxıram. Topçubaşov məndən çox əvvəl yaşayıb, bir də kitab yazıb, mən də bu kitabı oxumuşam. Kişiyə haqsızlıq edə bilmərəm. Amma mənim gördüyüm böyüklər necədir?
Sizə necə deyim? Ən yaxşısı ixtisas sahibi olduğu sənətin nəyə qulluq etdiyini bilir. Yaxşı bacarıq ayrı sözdür, nadirən.....yeni bir söz uydurum, çox nadirən onlar öz işlərini az-çox bacarırlar da. Amma əksəriyyətinin öz işindən xəbəri yoxdur. Əksəriyyəti aldığı bütün adları saxtalıqla qazanıb. Əksəriyyəti sizi, yəni qara camaatı vecinə də almır. Sözlərimi açmıram, bir növ qorxaqlıq edirəm. Qoy, mən qorxaq olum.