Pens: "ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"

"Vaşinqton bütün düşmənlərini məhv etməyincə, sakitləşən deyil". RİA "Novosti" xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens deyib.
"Amerikanın qarşılaşdığı təhlükələr indiki qədər çox olmayıb. Lakin əmin ola bilərsiniz: prezident Tramp və onun administrasiyası və bu ölkə düşmənlər məhv edilməyincə, dayanmayacaq və ölkəmiz yenidən təhlükəsizlikdə olacaq", - deyə o əlavə edib. Vitse-prezident terrorçuların qarşısını alacaqlarına vəd verib:"İŞİD barbarları onların xilafət yaratmaq cəhdlərinə mane olan kəslərə qarşı amansız davranırlar. Və onlar biz dayandırmayınca dayanan deyillər. Biz isə onları dayandıracağıq".Report

DİGƏR XƏBƏRLƏR

Top