Ərəblər Gürcüstanda kiçik şəhər tikirlər


Gürcüstanın “Ventures & Investment” şirkəti və Ərəbistanın “Salim Ali Al Shamsi Real Estate” şirkəti müvafiq infrastrukturu olacaq Saguramo Gardens mini-şəhərin tikintisinə başlayıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə ərəb şirkətinin meneceri Əkbər Kureşi bildirib. Onun sözlərinə görə, tikinti üçün 35 ha torpaq sahəsi ayrılıb. Burada yaşayış evləri, dördulduzlu hotel, fərdi villalar, restoran və kafelər, tibb mərkəzi, ticarət, idman və digər obyektlər tikiləcək. Şəhər tikilişində istirahət parkı və səadət sarayı da tikilməyi nəzərdə tutulub. Hazırkı mərhələdə tikinti şirkətləri üçün tender elan olunub və qələbə əldə edən şirkət bir neçə aydan sonra işə başlayacaq. 5 min əhalisi olan Saguramo Gardens şəhərinin tikintisi il ərzində həyata keçiriləcək və 2020-ci ildə başa çatacaq.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top