Dollar manat qarşısında sürətlə ucuzlaşır

Bu gün - fevralın 7-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı baş tutub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,8769 manat təşkil edib və banklar dolları 1,90 manatdan aşağı satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda bir 1,85 manatdan ucuz satılacaq.

DİGƏR XƏBƏRLƏR

Top