Nazir ağlamaq üçün gözlərinə soğan sürtübmüş VİDEO

İsrail ölkənin daxili işlər naziri Aryeh Derinin ağlamaq üçün soğandan istifadə etdiyi videoyu müzakirə edir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Derinin seçki kampaniyasında istifadə etdiyi səs yazısında ağlaya bilmək üçün gözlərinə soğan sürdüyü görülür. “Şas” partiyasının lideri də olan A. Deri 2013-cü ildə vəfat edən keçmiş partiya lideri Ovadia Yusif üçün ağlamağa çalışıb ,ancaq bunu bacarnayanda köməkçilərindən birinin uzatdığı soğanı gözlərinə sürərək ağlayıb. İsraildə böyük əks-sədaya səbəb olan videonun ortaya çıxmasından sonra heç bir açıqlama verməyən A.Deri O. Yusifin vəfatının ardından partiyanın sədri olmuşdu. A. Deri daha əvvəl rüşvət ittihamı ilə 2 il müddətinə həbs edilmişdi.

Nazir ağlamaq üçün gözlərinə soğan sürtübmüş VİDEO

DİGƏR XƏBƏRLƏR

Top