Gürcüstanda qadınlar məcburi hərbi xidmətə çağrıla bilər

Yaxın vaxtlarda Gürcüstan parlamentində qadınların məcburi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirə ediləcəyi gözlənilir. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifləri qadınların hərbi xidmətə çağırılmasının məcburi olmasını təklif edirlər. Bu əsasda da "Məcburi hərbi xidmət haqqında" qanuna əlavələr dəyişikliklər edilməsinin vacibliyi vurğulanır. Sənədin müəllifi İrina Barbakadze deyib ki, gender bərabərliyi haqqında qanuna əsasən kişilərlə qadınlar eyni hüquqlara malikdirlər. O bununla belə zəif cinsin nümayəndələrinin kişilərlə müqayisədə hərbi xidmətə çağrılmamasını gender bərabərliyi haqqında qanunun pozulması olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top