Əsil kərə yağını necə ayırd etmək olar?

Satışda ilk baxışdan kәrә yağı kimi görünən amma tәrkibi kimyәvi maddәlәrdәn ibarәt olan bir çox mәhsul çıxarılır. Hәtta әsl yağ tәәssüratı yaratsın deyә kәrә dadı vә qoxusu verən resseptorlardan istifadə edilir.

Əsl kәrә yağı almaq istәyәn şəxs aşağıdakılara fikir vermәlidir.

1 - 1 kq kәrә yağın istehsal etmək üçün ən azı 18 litr təbii südә ehtiyac var. Südün bazar topdan satış qiymәtini hesablayın.

Bu halda 1 kq kәrә yağının maya dәyәri istehsal, daşınma vә satış xәrclәri, hәmçinin vergilәr dә nәzәrә alınmaqla, 8-9 manatdan az olmamalıdır.

2 - Kәrә yağı solğun sarı rәngdә olur.Tünd sarı vә ya narıncı rәng yağa boya maddәlәrinin qatıldığını göstәrir.\

3 - Əsl kәrә yağını müәyyәn etmәk üçün bir dilim yağı ilıq suyuniçinә atın. Suyun rәngi dәyişsә demәli boya әlavә edilib
4 - Yağı dondurucuya qoyursuz 10 dəqiqə sonra onu biçaqla kəsin əgər yağ parçalanırsa, deməli əsil kərə yağıdır.
5 - Əsl kərə yağı isti tavada dərhal əriyir, amma kimyəvi qatqılı yağ yavaş-yavaş.

saglamheyat

DİGƏR XƏBƏRLƏR

Top