"AST Telman"ın qardaşı iki ay əvvəl həbs olunub - RƏSMİ AÇIQLAMA

İş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yelena Fokina deyib.

O bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir.

“Mövzunun niyə məhz indi aktuallaşdığını anlamıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, R. İsmayılov iki iş adamının qətlində günahkar bilinir. Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, onun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

DİGƏR XƏBƏRLƏR

Top