Bakı-Sumqayıt elektrik qatarından istifadə edənlərin sayı ikiqat artıb

Ölkə ərazisində müşahidə olunan hava şəraitinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. "Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib. Amma bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmə baş verib. Hava şəraiti ilə əlaqədar maşinistlərə sürət həddinin azaldılması ilə bağlı tapşırıqlar verilib və gecikməyə səbəb də budur", - deyə S. Qədirova qeyd edib. O əlavə edib ki, Bakı-Sumqayıt elektrik qatarından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur: "Məlum səbəblərdən vətəndaşlar Bakı-Sumqayıt qatarına üz tutub. Elektrik qatarından istifadə edənlərin sayı təxminən ikiqat artıb".APA

DİGƏR XƏBƏRLƏR

Top