Marketlərdə mal ətinin yeni qiymətləri - SİYAHI

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Məsələn, 1 ay əvvəl Bakıda sümüklü mal ətinin 1 kiloqramı 8 manat, 8 manat 50 qəpiyə satılırdısa, indi 9 manat 50 qəpik - 10 manat arasında dəyişir. Bölgələrdə də mal ətinin qitməti kəskin bahalaşıb. Belə ki, son vaxtlaradək bir çox rayonlarda mal ətinin 1 kiloqramı 6 manat 50 qəpiyə və ya 7 manata satılırdı. İndi isə 9 manatdan ucuz mal əti tapmaq mümkünsüz görünür.

Artıq bir neçə gündür paytaxtda fəaliyyət göstərən marketlərdə də ətin qiyməti bahalaşıb. "Yeniavaz.az" saytı marketlərdə sümüklü və sümüksüz ətin qiymətlərini araşdırıb. Marketlərin məlumatları əsasında 1 kiloqram mal ətinin yeni qiymətlərini təqdim edirik.

- "Favorit" market - sümüklü mal əti 9.50 AZN, sümüksüz 12.40-13 AZN

- "Sevimli dad" market - sümüklü mal əti 9.60 AZN, sümüksüz 13 AZN

- "Bizim market" - 9.50 AZN, bel əti (sümüksüz) 15.99, qiymə 12.99, sümüksüz ət - 13.99

- "Neptun" market - 9.50 AZN - sümüksüz 13.75 AZN

- "Sizin market - mal əti satılmır.

- "Səbət" market - sümüklü (endirimdədir) mal əti 8.40 AZN, sümüksüz 10.99 AZN

- "Bazarstore" - telefonla məlumat verməyə icazə yoxdur.

- "Araz market" - 8.90 - sümüksüz 11.37 AZN

Nicat

DİGƏR XƏBƏRLƏR

Top