"Qəbələ" klubu yeni futbolçu transfer edib. Klubun rəsmi saytının məlumatına görə, Rasim Ramaldanovla mövsümün sonunadək müqavilə imzalanıb. 31 yaşlı müdafiəçi karyerası ərzində "Simurq" (2008 - 2013), "Xəzər Lənkəran" (2013 - 2015) və "Sumqayıt"da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan R.Ramaldanovun son klubu "Kolxeti" olub. 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu əsas yığmada 17 oyun keçirib. Qeyd edək ki, "Qəbələ" qış transfer pəncərəsində Araz Abdullayevlə ("Neftçi") də münasibətlərini rəsmiləşdirib. Moldova "Şerif"indən ayrılan Daniel Subotiçlə müqavilə isə tezliklə rəsmən açıqlanacaq.