Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin ilk oyunu keçirilib. "Qәbәlә" doğma meydanda "Sumqayıt"ı qәbul edib. 1:1 hesabı ilә başa çatan matçdan sonra "qırmızı qaralar"ın baş mәşqçisi Roman Qriqorçuk fikirlәrini bildirib: "Oyunu rәqib qapısında keçirdik. Amma cәmi 1 qol vurduq. Dәfәlәrlә demişәm ki, biz hücum xәtti üzәrindә çox işlәmәliyik. Bu problemlәr hәmişә olur. Ümumi götürsәk, çoxlu qollar vurmalıydıq". Ukraynalı mәşqçi komandaya gәlәcәk yeni hücumçu barәdә dә danışıb: "Mәn hәmişә zarafata demişәm ki, komandaya yaşlı hücumçu lazımdır. Rәqib qapısında önündә dayanıb epizodları qola çevirsin. Bu zarafat olsa da, hәqiqәt payı çoxdur. Әgәr belә hücumçu olsaydı, indi 30 qolumuz var idi. Bizim hücumçular hәrәyә 3 qol vurmalı idi".Qafqazinfo.az