“Samsung” smartfonlarına qoyulmuş qadağa ləğv edildi

Rusiya aviaşirkətlərinin təyyarələrundə “Samsung Galaxy Note 7” smartfonlarının daşınması və istifadəsinə qoyulmuş qadağa ləğv edilib. “Yeniavaz.com”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bu barədə qərarı “Samsung Electronics” smartfon istehsalçısının müraciətindən sonra qəbul edib. Şirkət qadağanın aktuallığını itirdiyini hesab edir. “Samsung” Agentliyi xəbərdar edib ki, “Galaxy Note 7”nin qlobal satışlarını, həmçinin bu smartfonun sonrakı istehsalını dayandırıb. Bundan başqa, telefonun başqa modellərə könüllü dəyişdirilməsi baş tutub. Xatırladaq ki, nasaz akkumlyatorlara görə “Galaxy Note 7” smartfonları kütləvi şəkildə geri qaytarılmışdı. Onlar enerji yığarkən anidən alışa bilirdi.

DİGƏR XƏBƏRLƏR

Top