DYP Gəncədə reyd keçirib

Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) əməkdaşları şəhər ərazisində reyd keçirib.

Reyd köhnə və istismara yararsız vəziyyətdə olan avtomobillərə qarşı təşkil edilib.

Reyd zamanı istismara yararsız, xarici görünüşü səliqəsiz, texniki cəhətdən problemli, detal hissələri korroziyaya uğramış 10-a yaxın avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb.

Sürücülər bu cür avtomobillərin nasazlığı səbəbindən hərəkət zamanı təhlükə yarana bilcəyi və eyni zamanda qəzalara səbəb ola biləcəkləri barədə məlumatlandırılıb. Cərimə meydançasına aparılan avtomobillərə protokol tərtib edilib və sürcüləri cərimələnib.Report

Həmçinin vaxtı keçmiş, istifadəyə yararsız olan hər bir avtomobilin yol hərəkətlərindən kənarlaşdırılacağı barədə də xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top