Ötən il ən çox sərnişin qəbul edən Dubayın Beynəlxalq Hava Limanı olub

Dubayın Beynəlxalq Hava Limanı 2016-cı ildə dünyanın ən çox aviasərnişin qəbul edən hava limanı olub. Rusiya mətbuatı xəbər verir ki, hava limanının illik trafiki 7,2% artaraq 83,6 miliyon sərnişin təşkil edib. Sərnişin axınının artımına “Emirates” və “Flydubai”da daxil olmaqla, yerli daşıyıcıların 11 yeni istiqamət üzrə uçuşlara start verməsi səbəb olub. Təkcə 2016-ci ilin dekabr ayında hava limanında əvvəlki illə müqayisədə sərnişin dövriyyəsi 9,3% artaraq, 7,7 milyon nəfər təşkil edib. Dubay hava limanı 2017-ci ildə sərnişin sayının 89 milyon (sərnişin axını 6,5% artacaq) olacağını proqnozlaşdırır. Hava limanı 2023-ci ilə bu rəqəmi ildə 118 milyona qədər artırmaq niyyətindədir. Qeyd edək ki, hələ 2014-cü ildə Dubay Beynəlxalq Hava Limanı beynəlxalq reyslərinin sayına görə Londonun “Hitrou” hava limanını qabaqlayıb. 2016-ci ildə “Hitrou”nun sərnişin axını 76 milyon (bu göstərici həm beynəlxalq, həm də daxili reysləri əks etdirir) təşkil edib.Report

DİGƏR XƏBƏRLƏR

Top