Son 75 ildə Azərbaycanda eşşəklərin sayı azalıb, qoyunların sayı artıb - SİYAHI

Azərbaycan Sovetlər İttifaqının tərkibinə daxil olduqdan sonra şəxsi təsərrüfatlar ləğv olunaraq kolxozlarda - ümumi təsərrüfatlarda birləşdirildi. Qısa dövr ərzində kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artımlar qeydə alındı. Xüsusilə də heyvandarlıq təsərrüfatı ciddi şəkildə genişləndi. Böyük vətən müharibəsinin başladığı 1941-ci ildə təsərrüfatlardakı heyvanların sayı yüzminlərlə başa çatmışdı. "Yeniavaz.com"un açıqlanan rəsmi statistikaya əsasən apardığı hesablama göstərir ki, 1920-40-cı illər ərzində istisnasız olaraq bütün heyvan növləri üzrə artım qeydə alınıb. Ancaq 1941-ci ildən sonra bəzi heyvan növlərinin sayında azalma olub. 1941-ci ildən ötən 75 il ərzində ən ciddi azalma donuzların sayında olub. Son 75 ildə donuzların sayı 22,9 dəfə azalaraq 119,5 min başdan 5,2 min başa düşüb. Bu dövürdə dəvələrin sayı 6,5 mindən 200-ə (azalma 32,5 dəfə), qatırların sayı 1,6 mindən 100-ə (azalma 16 dəfə), atların sayı 216,9 mindən 73,7 minə (azalma 2,9 dəfə), eşşəklərin satı isə 87,2 mindən 35,8 minə (azalma 2,4 dəfə) düşüb. Qoyun, keçi, inək və camışların sayı isə artıb. Ən böyük artım qoyunların sayında müşahidə olunub. 1941-ci ildən 2016-cı ilə kimi qoyunların sayı 3,5 dəfə artaraq 2 milyon 268,7 mindən 8 milyon 25,6 minə yüksəlib. İnəklərin sayı son 75 ildə 3,1 dəfə artaraq 380,6 mindən 1 milyon 187,6 min başa çatıb. Hesabat dövründə keçilərin sayı 2 faiz artaraq 638,4 mindən 651,5 minə, camışların sayı isə 2 faiz artaraq 108,6 mindən 115,4 minə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top