AB Gürcüstana vizanı tam şəkildə ləğv etməyə hazırlaşır

Avropa Birliyinin (AB) yaxın qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Xan gələn həftə təmsil etdiyi qurumun Gürcüstana vizalı gediş-gəlişi ləğv edəcəyinə ümid etdiyini söyləyib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, AŞPA-dakı çıxışı zamanı Yohannes Xan deyib: "Mən ümid edirəm ki, gələn həftə bizdə (AB) Gürcüstanla viza rejiminin aradan qaldırılması üçün real imkanlar olacaq. Gürcüstan buna layiqdir".

Komissarın sözlərinə görə, Gürcüstan bununla əlaqədar 2015-ci ildə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. AB rəsmisi Gürcüstanla viza rejiminin liberallaşdırılmasından sonra adı çəkilən ölkənin Avropya daha yaxın olacağını xüsusi vurğulayıb. Xatırladaq ki, Gürcüstanla AB 2016-cı ilin dekabr ayının əvvəllərində viza rejiminin ləğvi barədə ilkin anlaşma imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top