Əfqan Sadıqov həbs edildi


Jurnalist Əfqan Sadıqov həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.
Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Əfqan Sadıqov aprelin 5-də Gürcüstandan Azərbaycana deportasiya edilib.

DİGƏR XƏBƏRLƏR

Top