“Jasmin Park”da tikinti gedən binadan yıxılan usta öldü


Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib.
Bildirilib ki, M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən Cəlilabad rayon sakini olan 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Onun tikintidə usta kimi çalışdığı bildirilib.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top