Hindistanda gecə klubunda yanğın oldu – 25 nəfər öldü


Hindistanın Qoa ştatının sahil bölgəsində məşhur gecə klubunda baş verən yanğında 25 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC-yə yerli rəsmilər bildiriblər.
Qurbanların əksəriyyətinin Şimali Qoa ştatının Arpora şəhərindəki klubun işçiləri olduğu güman edilir.
Bildirilir ki, ölənlər arasında turistlər də var.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, şənbə günü yerli vaxtla gecə yarısı klubun mətbəxində qaz balonu partlayıb və nəticədə yanğın baş verib.
6 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalarda müalicə aldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top