
Bu il 9 ayı ərzində qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.
Yeniavaz.com xxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin 9 ayı ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098, 21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.