
“Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar konkret nəticələr verir”.
Yeniavaz.com “Armenpess” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Tezliklə iqtisadiyyatımızın strukturunda əsaslı dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlaması ilə bağlı müzakirələr gedir. Bu, çox vacib bir qərardır. Bu isə göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunan razılaşmalar sadəcə bəyannamə deyil, konkret nəticələr verən bəyannamədir”, - Ermənistan Baş naziri qeyd edib.