
Mərkəzi Bank tərəfindən bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikası ictimaiyyətə açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, rəqəmsal fırıldaqçılıq statistikasının açıqlanmasının əsas məqsədi ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
2025-ci ilin birinci yarımilini əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar banklar tərəfindən Mərkəzi Banka təqdim edilən hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.
Bildirilib ki, rəqəmsal fırıldaqçılıq statistikasının bundan sonra rüblük əsasda ictimaiyyətlə paylaşılması planlaşdırılır.
Statistik hesabata dair daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz:
https://uploads.cbar.az/assets/6c136fad575d5457f608cba34.pdf
Tətbiqimizi yükləyə bilərsiniz