
Qurban Pirimov “Azərbaycanfilm” studiyasının direktoru vəzifəsinə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, Q. Pirimov həmçinin Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) direktor müavinidir. O, Azərbaycanın ilk Xalq artisti, tarzən Qurban Pirimovun nəvəsidir.