“Putin G20 sammitində iştirak etməyəcək” – Peskov


Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 qrupunun sammitində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin G20 sammitində şəxsən iştirak etməyəcək, lakin Rusiya əvvəllər qeyd etdiyimiz kimi kifayət qədər yüksək səviyyədə təmsil olunacaq. Bunun kimlər olacağı barədə vaxtında məlumat verəcəyik” - Peskov deyib.
Qeyd edək ki, G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək. Sammit başa çatdıqdan sonra G20-yə sədrlik Cənubi Afrikadan ABŞ-yə keçəcək.

DİGƏR XƏBƏRLƏR

Top