
Rusiyalı milyarder və “Telegram”ın qurucusu Pavel Durov Luvrdan oğurlanan zinət əşyalarını almağa və Əbu-Dabidəki muzeyə bağışlamağa hazır olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 41 yaşlı sahibkar bu barədə bəyanatını Fransanı şoka salan cəsarətli soyğun hadisəsindən sonra “X” sosial şəbəkə hesabında verib.
Durov hadisəni öz üslubunda - istehza ilə şərh edib.
“Luvrdakı oğurluq məni heç də təəccübləndirmir. Bu, böyük bir ölkənin tənəzzülünün daha bir kədərli əlamətidir”, - Durov qeyd edib.
O, daha sonra oğurlanmış zinət əşyalarını alıb Luvra qaytarmağa hazır olduğunu, ancaq Luvr Abu Dabini nəzərdə tutduğunu bildirib.
“Çünki heç kim Luvr Abu Dabidən heç nə oğurlamaz”, - deyə o, istehza ilə əlavə edib.
Qeyd edək ki, oktyabrın 19-da Parisdə naməlum şəxslər Luvr muzeyinə daxil olaraq imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar.