Paşinyan İlham Əliyevə təşəkkür etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən İpək Yolu konfransında çıxışı zamanı danışıb.
“İlham Əliyev dünən (21 oktyabr – red.) Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Bu, son dərəcə mühüm elandır və mən Azərbaycan Prezidentinin bu addımını yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm”, - Paşinyan deyib.

DİGƏR XƏBƏRLƏR

Top