Sarkozi həbsxanaya çatdığı gün kitab yazmağa başlayıb


Fransanın  keçmiş prezidenti Nikola Sarkozi (2007-2012) həbsdə olduğu ilk gündə kitab yazmağa başlayıb.
Yeniavaz.com
BFMTV telekanalına istinadla xəbər verir ki¸ bu barədə keçmiş prezidentin vəkili Jan-Mişel Darrua bildirib.
“O, idmanla məşğul olmağa və kitab yazmağa başlayıb”, - Darrua qeyd edib.
O, sabiq dövlət başçısının 9 kvadratmetrlik kameraya salındığını bildirib.
“Orada daim səs-küy var”, - deyə vəkil əlavə edib.
Onun sözlərinə görə, Sarkozinin həyat yoldaşı Karla Bruni də onunla görüşüb. O qeyd edib ki, həbsxanada ilk gün həmişə dəhşətlidir, lakin Fransanın keçmiş prezidenti bunun öhdəsindən gəlib.
Qeyd edək ki, sentyabrın 25-də Sarkozi Liviya kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib. Lakin o, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Bununla belə, məhkəmə Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 21-də o, Parisin 14-cü rayonundakı Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top