İslandiyada ilk dəfə ağcaqanadlar aşkar edildi


Üç gün ərzində İslandiyada üç ağcaqanad aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu bunu İslandiya Universitetinin su biologiyası professoru Gisli Mar Gislason İslandiyanın RUV telekanalına deyib.
Alimin fikrincə, hazırda İslandiyada üçdən çox ağcaqanad var. O, ağcaqanadların zirzəmilərdə, çardaqlarda və ya temperaturun şaxtadan yuxarı qaldığı hər hansı binalarda sığınaraq qışdan sağ çıxa biləcəyini düşünür.
“The Guardian” yazır ki, “Culiseta annulata” növündən üç ağcaqanad aşkar edilib: iki dişi və bir erkək.
Qeyd edək ki, İslandiya Antarktida ilə birlikdə dünyanın bir neçə ağcaqanadsız yerlərindən biri hesab olunur.
Nəşr qeyd edir ki, İslandiya Şimal yarımkürəsinin qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşir. İqlim böhranı ilə əlaqədar olaraq buzlaqlar parçalanır və ölkənin sularında skumbriya kimi isti cənub iqlimlərindən olan balıqlar peyda olub.
 

DİGƏR XƏBƏRLƏR

Top