
Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
“Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər”, - məlumatda deyilir.





***12:24
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilir.
Yeniavaz.com xəbər verir ki, görüş Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutur.