
Təxminən 10 min fələstinlinin cəsədi Qəzza zolağında İsrailin hava hücumları nəticəsində dağıdılan yaşayış binalarının dağıntıları altında qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın mülki müdafiə qüvvələrinin sözçüsünə istinadən məlumat yayıb.
Sözçünün sözlərinə görə, təkcə Qəzza şəhərində təxminən 4000 sakinin qalıqları dağıntılar altından hələ də çıxarılmayıb. Mənbə vurğulayıb ki, atəşkəsə baxmayaraq Qəzza zolağında əlçatan olmayan cəsədlərin çıxarılması üçün xüsusi avadanlıq lazımdır.
Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, Qəzza zolağında döyüşlər nəticəsində həlak olan fələstinlilərin ümumi sayı 68 mini keçib, 170 mindən çox yaralı var.