Tramp Ukraynanın münaqişədə qalib gələcəyinə inanmır


“Onlar hələ də nəzəri cəhətdən qalib gələ bilərlər. Düşünmürəm ki, qazanacaqlar. Amma nəzəri cəhətdən qazana bilərlər”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşün əvvəlində jurnalistlərə açıqlamasında deyib.
Tramp Ukraynanın potensial olaraq keçmiş sərhədlərinə qayıtması ilə bağlı son iddialarını şərh etmək istəyinə cavab verib.
Amerika lideri həmçinin Ukrayna münaqişəsinin son nəticədə həll olunacağına əminliyini ifadə edib. Tramp həmçinin iddia edib ki, onun səyləri artıq dünyada səkkiz hərbi münaqişənin həllinə gətirib çıxarıb:
“Pis deyil. Hələ də biri qalıb. Rusiya-Ukrayna. Və düşünürəm ki, biz buna nail olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top