
Almaniya Müdafiə Nazirliyi ABŞ-dən daha 15 ədəd F-35 qırıcısı almağı planlaşdırır.
Yeniavaz.com “Der Spiegel” jurnalına istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərinə görə, Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən 15 döyüş təyyarəsinin qiyməti təxminən 2,5 milyard avro (3 milyard dolarla yaxın) təşkil edəcək.
İlk qırıcının 2027-ci ildə Almaniya Hərbi Hava Qüvvələrinə gəlməsi planlaşdırılır.
Digər tərəfdən, qırıcılar donanmanın yenilənməsi üçün strateji əhəmiyyət kəsb edir, çünki F-35-lər həm də gələcək nüvə mübadiləsini dəstəkləmək üçün nəzərdə tutulub.
Fövqəladə vəziyyət halında, F-35-lər “Tornado” kimi Almaniyada saxlanılan ABŞ nüvə silahlarını hədəflərinə çatdırmaq üçün istifadə ediləcək.
Ekspertlərin fikrincə, donanmanın genişləndirilməsi həmçinin, Bundesverə NATO-nun yeni tələblərinə cavab verməyə imkan verəcək.
Qeyd edək ki, hazırda Bundesverdə 35 ədəd F-35 qırıcısı var.