Nizami Rəmzinin qızı həbs edildi


Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan Baxşıyeva həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bloger Nail Kəmərli öz sosial şəbəkə hesabında yazıb.
Bloger “Qafqazinfo”ya bildirib ki, Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib və Yasamal rayonu ərazisində saxlanılaraq barəsində cinayət işi açılıb.
Qeyd edək ki, daha əvvəl Nizami Rəmzinin qızının Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda acınacaqlı vəziyyətdə yaşaması və narkotik asılılığından əziyyət çəkməsinə dair videolar yayılmışdı.
Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top