HƏMAS-ın elit bölməsinin komandiri öldürülüb – KİV


Fələstinin HƏMAS silahlı qanadının elit Nuhba bölməsinin komandiri Yəhya əl-Məbhuh İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri həmin vaxt əl-Məbhuhun olduğu Zavaya şəhərindəki binaya zərbələr endirib.
HƏMAS hələ ki onun ölümünü təsdiqləməyib.
Kanal həmçinin bildirir ki, İsrailin anklavın müxtəlif bölgələrinə basqınları nəticəsində azı 10 nəfər həlak olub.
Qeyd edək ki, Nuhba HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının dəniz qoludur.
Xatırladaq ki, bu gün İsrail ordusu fələstinli radikalların atəşinə cavab olaraq Qəzza zolağına yeni zərbələr endirdiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top