Şimali Kipr Türk Respublikasının yeni preizdenti seçildi – Yenilənib


Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, bunu ŞKTR Ali Seçki Qurumunun sədri Bertan Özerdağ açıqlayıb.
O bildirib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
T. Erhürmanın özü də keçirdiyi mətbuat konfransında qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək.

***20:34
Bu gün Şimali Kipr Türk Respublikasında (ŞKTR) prezident seçkiləri keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Ali Seçki Qurumunun sədri Bertan Özerdağ indiyədək açılan qutulardan çıxan səslərin sayına dair ilkin nəticələri açıqlayıb.
O bildirib ki, açılan 580 qutunun nəticələrinə əsasən, Tufan Erhürman 63,28, hazırkı prezident Ərsin Tatar isə 38,71 faiz səs toplayıb.
Mübarizənin, əsasən, ŞKTR-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman arasında keçəcəyi gözlənilir. Namizədlərdən hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplanmalıdır. Bu baş verməzsə, seçkilərin ikinci turu 26 oktyabrda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top