İsrail ordusu Qəzzaya yeni zərbələr endirildiyini elan edib


İsrail ordusu (IDF) Fələstin radikallarının atəşinə cavab olaraq Qəzza zolağına yeni zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, bu addım İsrail tərəfinin əvvəllər Fələstinin radikal HƏMAS hərəkatını ittiham etdiyi “atəşkəs rejiminin kobud şəkildə pozulmasına cavab olaraq” atılır.
Məlumatda bildirilir ki, zərbələr Qəzza zolağının cənubundakı HƏMAS hədəflərinə endirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusunun mətbuat xidməti fələstinli radikalların atəşinə cavab olaraq anklavın cənubundakı Rəfah şəhəri yaxınlığına zərbə endirildiyini elan edib. Bundan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hərbi rəhbərliyi ilə görüş keçirərək, HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və buna cavab olaraq təşkilata qarşı sərt tədbirlər görülməsi üçün göstəriş verib.
Öz növbəsində, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bəyan edib ki, hərəkatın Rəfahdakı qarşıdurmalarla heç bir əlaqəsi yoxdur və bu ilin mart ayından bu yana oradakı radikallarla heç bir əlaqəsi olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top