
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə Rusiya bayrağının rənglərində qalstuk taxıb.
Yeniavaz.com xəbər verir ki, Heqset görüşdə Trampın solunda oturub.
Nazir və prezident arasında ABŞ dövlət katibi, milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Marko Rubio da olub. Vitse-prezident C.D.Vens və maliyyə naziri Skott Bessent Trampın sağında oturublar.
Heqset görüşə ağ, mavi və qırmızı geniş zolaqlı qalstuk taxaraq gəlib. Bu rənglər ABŞ-nin milli rəmzlərində istifadə olunur, lakin Heqsetin qalstukundakı zolaqlar Rusiyanın dövlət bayrağı ilə eyni ardıcıllıqda idi. Trampın özü də daxil olmaqla, ABŞ administrasiyasının digər rəsmiləri bir rəngli qalstuklara üstünlük veriblər.