
İsrail 15 fələstinlinin cəsədini Qəzza zolağına qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs razılaşması çərçivəsində ümumilikdə 135 cəsədin Fələstin anklavına qaytarıb:
“Səhiyyə Nazirliyi bu gün Qırmızı Xaç Cəmiyyətinin yardımı ilə İsrailin işğalçı hakimiyyət orqanları tərəfindən təhvil verilən 15 cəsədin qəbul edildiyini bildirir. Bununla da qəbul edilən cəsədlərin ümumi sayı 135-ə çatıb. Cəsədlərin bəzilərində pis rəftar əlamətləri var”.
Qəzzada atəşkəs razılaşması İsrailin ölən girovlardan birinin qaytarılması müqabilində Fələstin anklavının 15 sakininin cəsədini təhvil verməsini nəzərdə tutur. Oktyabrın 13-dən HƏMAS 10 israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.