
“Mançester Siti”nin keçmiş baş məşqçisi Roberto Mançini yaxın ətrafına Ruben Amorimin qovulacağı təqdirdə “Mançester Yunayted”in başına keçə biləcəyini deyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, italyan məşqçi də “Qırmızı şeytanlar”ın ortaq sahibi Cim Ratkliff kimi Fransanın cənubunda yaşayır. Onlar bir neçə dəfə müxtəlif ictimai tədbirlərdə görüşüblər.
Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə “Mançester Siti”nin baş məşqçisi olub. Onun rəhbərliyi altında “Citizens” 2012-ci ildə İngiltərə Premyer Liqasının qalibi olub. 60 yaşlı mütəxəssisin son baş məşqçi vəzifəsi 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandasında olub.