Zelenski “Tomahawks” müqabilində Trampa Ukrayna PUA-ları təklif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalılara “Tomahawks” qanadlı raketləri müqabilində Ukrayna pilotsuz uçuş aparatlarını təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evdə Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib. 
“Hərbi hədəfi vurmaq istəyirsinizsə, minlərlə PUA lazımdır. Onlar bu raketlərlə birlikdə istifadə olunur. Ukraynada minlərlə pilotsuz uçan aparat var, amma bizdə “Tomahawks” yoxdur. Buna görə də bizim “Tomahawks”a ehtiyacımız var. Lakin ABŞ-nin çox güclü istehsalat imkanları var, “Tomahawks” və digər raketlər. Lakin biz ABŞ-yə çox güclü PUA-larımızı təklif edə bilərik. Biz onlara PUA, onlar bizə “Tomahawks” və digər silahlar verirlər”, - Zelenski bildirib.
Xatırladaq ki, Zelenski oktyabrın 16-da ABŞ-yə gedib. Amerika lideri ilə görüşdən xeyli əvvəl o, Amerikanın müdafiə şirkətləri, o cümlədən “Lockheed Martin” və “Patriot” raket komplekslərini istehsal edən “Raytheon” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Trampla görüş təxminən yarım saat gec başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top