Qəddafinin oğlu azadlığa buraxılacaq – Məhkəmə qərar verdi


Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində həbsdən azad edilməsinə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, onun vəkili jurnalistlərə bildirib ki, müstəntiq oktyabrın 17-də Ədliyyə Sarayında dindirildikdən sonra bu qərarı verib.
Qeyd edək ki, Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan “Amal” yaraqlıları tərəfindən qaçırılıb və sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imam Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.
Hannibal Qəddafinin vəkilləri müvəkkilinin 10 ildir həbsdə olduğunu nəzərə alaraq, məhkəmənin təyin etdiyi girov məbləğinə etiraz etmək niyyətində olduqlarını açıqlayıblar.
Həmçinin, vəkillər Hannibal Qəddafinin onun sanksiyalar altında olduğunu və bu qədər məbləği ödəmək iqtidarında olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top