
Suriya təhlükəsizlik qüvvələri Latakiya əyalətində keçirilən xüsusi əməliyyat zamanı sabiq Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsədi saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, həbs Əsəd ailəsinin doğma şəhəri Qardahada həyata keçirilib.
Namir Əsəd fəaliyyətləri diqqətlə sənədləşdirilən və izlənilən cinayətkar qrupun bir neçə üzvü ilə birlikdə saxlanılıb.
Həbs Suriya təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə geniş əməliyyatı çərçivəsində həyata keçirilib.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Namir Əsəd regionun narkotik ticarətində əsas fiqur hesab olunur və bir sıra cinayətlərdə əli var.