
Yəmənin “Ənsar Allah” hərəkatı (Husilər) ordunun baş qərargah rəisi Məhəmməd əl-Qəmarinin öldüyünü rəsmən elan edib.
Yeniavaz.com İran mediasına istinadla xəbər verir ki, Husilərin yüksək rütbəli hərbi komandirinin ölümünə İsrailin avqust ayında Yəmənə endirdiyi zərbələr nəticəsində aldığı yaralar səbəb olub.
Hərəkat rəhbərliyinin əmri ilə Qəmarinin yerinə general-mayor Yusif Həsən əl-Mədəni Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, sabiq Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Qəmari İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində aldığı yaralardan bu gün ölüb.