Tramp Putinlə danışdı − Yenilənib


ABŞ Prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
O, dialoq zamanı böyük irəliləyişin əldə edildiyini bildirib.
ABŞ prezidenti deyib ki, söhbət uzun və məhsuldar olub. Onun sözlərinə görə, Putin onu və ABŞ-ni Yaxın Şərqdə sülhün əldə olunması münasibətilə təbrik edib.
Tramp həmçinin bildirib ki, Putin birinci xanım Melaniya Trampa uşaqları qoruduğuna görə təşəkkür edib və ailələrin birləşdirilməsi prosesinin davam edəcəyini vurğulayıb. İki lider Ukraynada münaqişənin sona çatmasından sonra Rusiya ilə ABŞ arasında baş tutacaq ticarəti də müzakirə ediblər.
ABŞ prezidenti münaqişənin həllinin müzakirəsi üçün danışıqlara dair razılaşmanı elan edib.
Qeyd edək ki, sabah, oktyabrın 17-də ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

***18:35
ABŞ Prezidenti Donald Tramp oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutacaq.
Tramp Putinlə Ukraynadakı münaqişəni müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın 17-də Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top