
Avropa Komissiyası Aİ-nin hərbi büdcəsini 5 dəfədən çox artırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius bildirib.
Yeni layihəyə əsasən, Aİ-nin hərbi xərcləri 131 milyard avro təşkil edəcək.
Onun sözlərinə görə, belə dəyişikliklər 2028-2034-cü illər üçün növbəti yeddiillik büdcə planı çərçivəsində baş verə bilər.
O, həmçinin vurğulayıb ki, bütün Aİ ölkələri hərbi xərclərini 2028-ci ilə qədər ÜDM-in ən azı 3%-nə qədər artırsalar, 2028-2035-ci illərdə Aİ-nin bütün ölkələrinin ümumi hərbi xərcləri 4,2 trilyon avro təşkil edəcək.